Bankıdakı "İran bankı"ndan borc götürənlər artıb - HESABAT
Azəbaycan ilə İran arasında ticasrət dövriyyəsi artıb. Bu isə birbaşa olaraq bankın kredit portfelində öz əksini tapıb. ENA.az xəbər verir ki, “Bank Melli İran”ın Bakı filialı 2021-ci ilin yanvar-iyun aylarında kredit portfelini 56,6% artıraraq 8 milyon 179,473 min manata çatdırıb. Buna baxmayaraq, kreditlərin də daxil olduğu aktivlərin ümumi həcmi 3,3% azalaraq 90 milyon 640,888 min manat düşüb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesabların həcmi 49 milyon 557,287 min manat təşkil edir. Bu 31 dekabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə 10,5% azalma olsa da, portfeldə ən çox paya malik olaraq qalır. İran bankının Bakı filialı investisiya qiymətli kağızlarına yönəltdiyi vəsaiti 9,5% artıraraq 24 milyon 554,746 min manata yüksəldib.
1 iyul 2021-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 52 milyon 686,945 min manat olub ki, bu 6,5% azalmadan xəbər verir. Bankın maliyyə institutlarından aldığı borc 24,7% azalaraq 19 milyon 693,746 min manat təşkil edib. Müştəri hesablarında 34,8% artım baş verib və 2-ci rübün sonuna 14 milyon 423,627 min manat olub. Bankın kapitalı 1,5% artaraq 37 milyon 953,942 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 73 milyon 611 min 171,44 manatdır .
Bank bu ilin I yarısını 575 min manat mənfəətlə başa vurub. Analoji dövrü ilə müqayisədə 24,9% artım deməkdir, halbuki, filial ötən ilin eyni dövründən 461 min manat xalis mənfəətlə çıxmışdı.
Yanvar-iyun aylarında İran bankının gəlirləri 2,174 milyon manat artıb ki, bu da illik müqayisədə 38% çoxdur. Xərcləri isə 0,2% azalaraq 951 min manat təşkil edib. Bankın xüsusi ehtiyatlara ayırmaları 4,1 dəfə çoxalıb və 649 min manat olub, mənfəət vergisi isə ödəməyib. Toplanan mənfəət hesabına 2021-ci il iyulun 1-nə bankın xalis zərəri ilin əvvəlindən 1,6% azalaraq 35 milyon 657,228 min manata düşüb. () məbləğində olub.
Xatırladaq ki, “Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.