Bakıda Polis rəisi özünü GÜLLƏLƏDİ
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Eləcə də bax: Polis rəisi özünü ürəyindən güllələyib - Baş Prokurorluqdan açıqlama
Rahib Mirzəyev hazırda təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
Qeyd edək ki, Rahib Mirzəyev 4-cü Polis Şöbəsinin rəisi vəzifəsinə 2019-cu ilin iyununda təyin edilmişdi.
O, təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Sahib Mirzəyev əvvəllər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsini tutub.