Dünya birjalarında neft qiymətləri fərqli istiqamətdə dəyişib
Dünya birjalarında Brent neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,07 ABŞ dolları və ya 0,10% artaraq 73,01 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,02 dollar və ya 0,03% azalaraq 74,10 dollar təşkil edib.