ENA+

Süveyş kanalı və “Ever Given” gəmisinin sahibi müqavilə imzaladılar

Martın 23-də Süveyş kanalında qəzaya uğrayan və bununla da qlobal ticarətdə böhrana səbəb olan “Ever Given” konteyner gəmisi iyulun 8-də kanalı tərk edə biləcək.

Msirin İsmailiyə məhkəməsi gəminin yapon sahibkarı ilə aparılan danışıqlardan sonra onun sərbəst üzməsinə icazə verilməsi barədə hökm çıxarıb. Panama bayrağı altında hərəkət edən “Ever Given” gəmisi sabahdan Rotterdam limanına doğru istiqamət götürəcək.

Misirin Süveyş Kanalı İdarəsinin məlumatına görə, gəminin səbəb olduğu hadisə ilə əlaqədar müvafiq cərimənin ödənilməsinə dair razılıq sazişi də iyulun 8-də imzalanacaq. Yalnız bundan sonra “Ever Given” gəmisinin üzməsinə icazə veriləcək.

Misir mətbuatında yer alan xəbərlərə görə, Süveyş Kanalı İdarəsi əvvəlcə 916 milyon dollar təzminat tələb etsə də, sonradan bu məbləği 550 milyon dollara endirib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)