Tacikistan prezidenti səfərbərlik elan edib
Tacikistan prezidenti İmomali Rahmon Tacikstan-Əfqanıstan sərhədini gücləndirmək məqsədi ilə ehtiyatda olan 20 min hərbçinin səfərbər edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları iyulun 5-də “Taliban” hərəkatı silahlılarının Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Mohimay, Şuqnon və Sultan İşkaşim rayonlarını ələ keçirdiyini açıqlayıb. Əfqanıstanla Tacikistanın Bədəxşan əyaləti istiqamətində sərhədinin uzunluğu 910 km-dir.