Hesabatlar

Dövlət Xidmətinin şirkəti ötən ili mənfəətlə başa vurub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə məxsus “Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2020-ci ili 3 milyon 318 min manat mənfəətlə başa vurub.

Bu barədə şirkətin maliyyə hesabatından məlum olur.

Bu il yanvarın 1-nə "Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin aktivləri 66 milyon 607 miylon manat olub ki, bu da illik müqayisədə 10% çoxdur.

Hesabat dövründə şirkət öhdəlikləri 5,1 dəfə artaraq 3 min 409 manata, balans kapitalı isə 5,5% artaraq 63 milyon 198 min manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)