BİZNES

İnvestorları "Facebook"da belə aldadırlar - ARAŞDIRMA

Bir qrup jurnalist “Facebook” sosial şəbəkəsində virtuoz fırıldağın üstünü açıb.

BI” xarici KİV-ə istinadən xəbər verir ki, "CashlessPlayGroup" və "Coinpro Exchange" tərəfindən idarə olunan kölgə reklam kampaniyaları istifadəçiləri mövcud olmayan Sinqapur tokeninə investisiya etməyə çağırış edir.

Belə ki, dələduzlar güya ki “CNBC”də dərc olunan məqalələrin yer aldığı reklam elanlarından istifadə edirlər. Məlum məsələdir ki, “CNBC” heç bir yeni kriptovalyuta haqda heç nə yazmayıb və Sinqapur höküməti də hər hansı kriptopul buraxmaq niyyətində deyil.

Onlar bu elanları kifayət qədər istifadəçisi olan qruplarda yerləşdirirlər. Reklam kampaniyası qısa müddətli olur və qruplar daim dəyişidirilir.

İstifadəçi reklam yazısına basan kimi bir qayda olaraq heç kimə məlum olmayan bloqa yonəldilir və burda həmin kriptovalyuta haqda təkrar məlumatlandırılır. Elə İlk abzaslarda bu valyutanın əldə olunacağı yerlərə keçidlər qoyulur.

Görükən odur ki, fırıldaqçılar məhz mobil cihaz istifadəçilərinə yönəli qurublar bu sxemi. Çünki reklam kampaniyası elə quraşdırılıb ki, əsasən mobil cihazlarda göstərilsin. "CashlessPayGroup"da hesab açmağ isə ümumiyyətlə ancaq mobil cihazdan mümkündür.

Əslində saytın dələduzlara məxsus olması elə ilk baxışdan bəlli olur. İstifadəçini 12 000 dollar qoy 100 000 dollar qazan kimi yazı qarşılayır. Davamında isə əlavə olunur ki, istifadəçilər bu cür qazancı ona görə əldə edə bilərlər ki, onları Elon Mask şəxsən dəstəkləyir.

Hesab açdıqdan sonra istifadəçini hər vəclə hesabını artırmağa sövq edirlər. Minimum depozit 250 dollar təşkil edir. Bu fırıldağ piramidasının zirvəsi isə “Coinpro” birja platformasıdır. Bura mübadilə meydançasıdır, elə burda da bütün vəsait oğurlanır.

Bu araşdırma “Facebook”un “WhatsApp” istifadəçiləri üçün yeni kriptovalyuta üzərində işləməsi xəbərləri fonunda xüsusi ilə maraqlı görünür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)