Rusiyanın "Avtovaz" şirkəti qiymətləri artırıb
Azərbaycanda da avtomobilləri bəyənilən Rusiyanın "Avtovaz" şirkəti qiymətləri artırıb.
ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Avtovaz" modellərinin qiymətlərini 2 - 4% civarında artıb. Xüsusilə, Lada 12-30 min rubl daha bahalı olacaq. Granta və Vesta orta hesabla 2,3% bahalaşacaq. Ən çox Niva Legend bahalaşacaq - 4.25%,.
Məlumata görə, "Avtovaz" salonlara yenilənmiş qiymət siyahısı göndərib.
"Avtovaz"ın nümayəndəsi "Vedomosti"yə bildirib ki, bahalaşma xammal, material və komponentlərin bahalaşması ilə əlaqədardır.
Son aylarda Rusiyadakı ən böyük istehsalçıları avtomobil qiymətlərini artırırlar. Qiymət artımının əsas səbəbləri mikroçip çatışmazlığı, metalın bahalaşması, yüksək inflyasiya, məzənnədəki dəyişikliklərdir. 2021-ci ilin iyul-dekabr aylarında Rusiyada avtomobil qiymətlərinin daha da artacağı proqnozlaşdırılır.
"AvtoVAZ"ın prezidenti Nicolas Maure, 18 iyun tarixində jurnalistlərlə görüşündə, şirkətin artan polad qiymətlərinin istehsal olunan avtomobillərin maya dəyəri üzərindəki təsirindən qaça bilməyəcəyini söyləmişdi.
Metalın orta sinif minik avtomobilinin qiymətindəki payı 35-40% -ə çatır. 2021-ci ilin əvvəlindən bəri polad avtomobil təbəqəsinin qiyməti 38% artıb.