SOCAR-ın digər ölkələrdən satış gəliri azalınca, Azərbaycandan artıb
SOCAR-ın əsas müştəri bazasının olduğu yalnız Azərbaycan və BƏƏ olub ki, 2020-ci il üzrə bu ölkədəki satışlardan gəliri artmışdır.
ENA.az bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
2020-ci ildə SOCAR-ın satışları 49 milyard 478 milyon manat olmuşdur. Bu satışların da 30 478 milyon manatını İsveçrədən (öncəki il: 63 735 mln.), 7 618 milyon manatı Türkiyədən (öncəki il: 9 377 mln.), 6 311 milyon manatı Azərbaycandan (6 145 mln.), 2 223 milyon manatı BƏƏ-dən (1 722 mln.), 1 045 milyon manatı Gürcüstandan (1 172 mln.) və 1 932 milyon manatə digərlərindən (1 601 mln.) daxil olan gəlirləri olmuşdur.