Qarabağ

“Ermənilər Bakıda metronu partladan azərbaycanlını ələ almışdılar”

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zahid Həsənov dindirilib.

Onun sözlərinə görə, 1994-cü ildə erməni hərbçiləri tərəfindən əsir götürülüb: “Biz 4 nəfər əsir Xankəndində saxlanırdıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir. 5-6 erməni hərbçi gəldi Azər Aslanovu komandirin otağını təmizləməyə apardılar, iki saatdan sonra geri qayıtdılar. Sonra həmin əsiri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu söhbətə tutmağa başladılar. Bir saatdan çox söhbət apardılar. Həmin ermənilər gəldilər ki, otağı Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi dedi ki, Azər otağı təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov Bakıda metronu partlatdı".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)