Sığorta

Həyatını sığortalayanların sayı artıb: 5 aydakı vəziyyət

Bütün dünyada olduğu kimi, Azərbaycanda da həyatının qədrini bilənlər artıb. Bu ilin yanvar-may aylarında həyatını sığorta etdirənlərin sayı artıb və nəticədə bu sahədə toplanan sığorta haqları 136 milyon 525,9 min manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 19,9% artıb. Qeyri-həyat sığortası üzrə toplanan vəsait isə 0,7% azalaraq 128 milyon 261.6 min manat təşkil edib.

Həyat sığortası üzrə ödənişlər 65,2% çoxalaraq 117 milyon 202,6 min manata çatıb. Qeyri-həyat sığortası üzrə ödənişlər isə əksinə 14,2% azalaraq 34 milyon 337,9 min manata düşüb.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə yığımlar 9% artaraq 264 milyon 787,4 min manat olub. Nəticədə bazar üzrə bütün sığorta haqlarının 66,5%-ni təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanda sığortaçılar ümumilikdə 398 milyon 1,1 min manat həcmində sığorta haqları toplayıb. Bu ötən ilin eyni dövrünün göstəricisindən 10.1% çoxdur.

Məlumatlara əsasən, yanvar-may aylarında icbari sığorta növləri üzrə sığorta haqları 12,6% yüksələrək 133 milyon 213,6 min manata çatıb. 

Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası - 122 milyon 966,9 min manat, tibbi sığorta - 70 milyon 35,1 min manat və nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası - 37,6 milyon 712 min manat vəsait toplayıblar. Yanvar-aprel aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 57,9%-ni təmin edib.

Ötən 5 ayda sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 208 milyon 233 min manat yönəldilib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 48,6% çoxdur.

Yanvar-may aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 36,6% arataraq 151 milyon 540,5 min manat olub. müqayisə aparsaq, bu bazar üzrə bütün ödənişlərin 72,8%-ni təşkil edir.  

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 56 milyon 692,5 min manat (artım 1,9 dəfə) təşkil edib.

Ötən 5 ayda sığortaçılar həyatın yaşam sığortası - 115 milyon 586,6 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası - 26 milyon 68,5 min manat və könüllü tibbi sığorta - 24 milyon 687,8 min manat üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 79,9%-ni təmin edib.

Qeyd edək ki, iyunun 1-nə Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)