Vakansiyalar

Sürücü işləmək istəyənlərin nəzərinə - İŞ VAR

PAŞA Sığorta” ASC namizədləri “sürücü” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətə sifariş olunan malların çatdırılması və nəqliyyat xidmətlərinin həyata keçirilməsi işinin vaxtında və səliqəli yerinə yetirilməsinə görə məsuliyyət daşımaq;
• Sürücü şirkətin konkret bir struktur bölməsi üçün təyin oluna bilər. Belə olan halda öz gündəlik iş fəaliyyətində aid olduğu struktur bölmənin rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi;
• Birbaşa müdirindən aldığı gündəlik iş planına uyğun olaraq müştərilərinə göndərilən müxtəlif sənədlərin və poçtların vaxtında və göstərilən ünvana çatdırılması; şirkətin əməkdaşlarının və ya qonaqlarının qarşılanması, götürülməsi və lazımi təyinat məntəqəsinə aparılması və ya gətirilməsi;
• Nəqliyyat vasitəsinin tələb olunan standartlara uyğunluğunu təmin etməklə nəqliyyat vasitəsinin vəziyyəti və təhlükəsizliyinə nəzarət edilməsi;
• Potensial və gözlənilməz qüsurları aşkara çəxarmaq və aradan qaldırmaq məqsədilə:  
• Açıq-aydın nasazlıqların, axıtmaların və digər problemlərin mümkünlüyünü müəyyənləşdirmək, yanacaq bakında yanacağın olmasına, şüşətəmizləyən bakda mayenin olmasına, əyləc sisteminin işlək vəziyyətdə olmasına və s. nəzarət etmək üçün nəqliyyat vasitəsinə baxış keçirilməsi;
• Motor bölməsində yağın səviyyəsinin yoxlanılması, tormoz sisteminin sazlığı, təkərlərin və təkər boltlarının vəziyyəti, işıq cihazlarının (qabaq və qabaritli işıqlar, stop-siqnal, döndərici, arxa ötürücü pillə siqnalı və s.) və şüşətəmizləyənlərin işə yararlılığı daxil olmaqla nəqliyyat vasitəsinin hər həftə və zərurət olduqda xüsusi yoxlanışının həyata keçirilməsi. 
• Nəqliyyat vasitəsinin təmiz, səliqəli və işlək vəziyyətdə olmasının təmin edilməsi, maşının həm üzdən, həm də içəridən təmiz olmasına əmin olmaqla müntəzəm şəkildə maşının yuyulması, hər həftə, ehtiyac olduqda isə dəfələrlə maşının yuyulması;
• Hər gün işə başlamazdan əvvəl bütün lazımi sənədlərin (sürücülük vəsiqəsi, idarə olunan nəqliyyat vasitəsinin texniki pasportu, etibarnamə, icbari sığorta haqqında şəhadətnamə, reklamdan istifadə üçün icazə) qaydasında olmasına nəzarət edilməsi;
• Plana uyğun prafilaktik qulluq və plandankənar təmir və düzəltmə işləri də daxil olmaqla vacib xidmət yoxlanışı barədə Nəqliyyat xidmətləri şöbəsinin rəhbərinə vaxtında məlumat verilməsi;
• AR Yol hərəkəti qaydalarının (YHQ) pozulması və bu inzibati hüquq pozuntularına görə müəyyən edilmiş maliyyə sanksiyalarının (cərimələr) ödənilməsi üçün şəxsən məsuliyyət daşımaq;
• Birbaşa müdirin göstərişinə əsasən şəhər sərhədlərindən kənar əlavə çatdırma işləri də daxil olmaqla digər tapşırıqların yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Ali təhsili olanlara üstünlük verilir;
• “B” kateqoriyalı sürücülük vəsiqəsi;
• Avtomobilin quruluşu üzrə yaxşı biliklər.
• Şəhər ərazisini yaxşı tanıma;
• Müvafiq kateqoriya üzrə nəqliyyat vasitəsinin idarə olunmasında 3 illik təcrübə.

Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.

Son müraciət tarixi: 28 dekabr, 2018.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department