Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar - SİYAHI
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub.
Bu barədə İdarədən məlumat verilib.
Belə ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, Günay Qurbanova BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.
Nazirin digər əmrinə əsasən, Səccət Mahmudov Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.