Vətəndaş xərclədiyi hər 100 manat puldan 2.28 manatını geri ala biləcək
Vergi Məcəlləsinə edilən dəyişiklikərdən bəziləri ölkə vətəndaşları üçün əlavə gəlir mənbəyi yaradacaq.
"BI" xəbər verir ki, dəyişikliyə əsasən vətəndaş olaraq marketdən aldığımız mala görə plastik kartla ödəniş etsək pulun bir qismi dövlət tərəfindən geri qaytarılacaq. Vergi eksperti Vəli Əliyevin fikrincə, faktiki olaraq «kəş bək» funksiyasının işə düşməsi məcəlləyə edilən ən mütərəqqi yeniliklərdən biridir və bu dəyişiklik nağdsız hesablaşmaların həcminin artmasına səbəb olacaq.
Belə ki, 100 manatlıq malın 15.25 manatını ƏDV-si təşkil edir. Həmin məbləğin isə 15%-inı, yəni 2.28 manatını (plastik kart ilə ödəniş etdikdə) dövlət vətəndaşın müraciəti əsasında geri qaytaracaq. Bildirmək istəyirəm ki, aldığımız ərzağa, geyimə, tikinti materiallarına, ev əşyaları və mebelə, mobil telefon və məişət texnikasına, uşaq yeməkləri və dərmana, avtomobillərin ehtiyat hissələrinə, həmçinin zərgərlik məmulatlarına xərclənən vəsaitin bir qismini geri ala biləcəyik. Bunun üçün bizdən tələb olunanlar:
1. Mal alan zaman kassa qəbzi əldə etmək;
2. Ödənişi əsasən plastik kart vasitəsi ilə həyata geçirmək və posterminaldan çıxan qəbzi əldə etmək.
3. Kassa qəbzində qeyd olunanlara diqqət yetirmək.
4. Pulun geri qaytarılması üçün dövlət orqanına müraciət etmək (dövlət orqanının adı yaxın vaxtlarda məlum olacaq).
Kassa qəbzində mütləq aşağıdakı göstəricilərin əks olunmasına diqqət yetirmək lazımdır.
-vergi ödəyicisinin adı;
-VÖEN-i;
-çekin vurulmasının tarixi və saatı;
-təsərrüfat subyektinin (obyektinin) adı, vergi
orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
-malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
-gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
-nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
-nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
-malın sürətli məlumat kodu (Quick Response Code).
Digər məsələ isə öndan ibarətdir ki, bəzi kassa qəbzlərindəki yazılar zaman keçdikcə oxunaqlığını itirir. Ona görə də qəbzlərin kserosurətlərinin çıxarılaraq saxlanılmasını tövsiyə edirəm.