ENA+

İrana qarşı tətbiq olunan bəzi sanksiyalar ləğv edilib

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı tətbiq edilən bəzi iqtisadi sanksiyaların aradan qaldırılması haqqında qərar qəbul edib.

Koronavirusla mübarizə çərçivəsində İrana bir sıra malların, xəstəliyin profilaktikası və diaqnostikası, eləcə də müalicəsi üçün dərman və tibbi ləvazimatların idxalına icazə verilib.

İcazə 2022-ci ilin 17 iyuluna qədər qüvvədə qalacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)