Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
ENA.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:
1. “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi;
2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi;
3. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi;
4. MMC-lərin illik maliyyə hesabatlarının müvafiq dövlət qurumuna təqdim edilməsi və dövrü mətbuatda, internet səhifələrində dərc edilməsinin icbariliyi;
5. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin 29 aprel 2021-ci tarixli 1 nömrəli protokolunun müzakirəsi;
6. “Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə Metodik Göstəriş”in layihəsi;
7. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi.