ENA+

Kim Çen In Co Baydenlə qarşıdurmaya hazırlıq haqqında bildirib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çeni In bildirib ki, ölkə ABŞ-ın yeni administrasiyası ilə dialoqa hazır olduğu kimi, həm də qarşıdurmaya hazır olmalıdır.

Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) xəbər verib.

Qeyd edilir ki, Kim Çen In Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxış edib. İclasda Amerikanın yeni administrasiyasının Pxenyanla bağlı siyasəti təhlil edilib.

“Baş katib (Kim Çen In-red.) bizim dövlətimizin hərtərəfli üstünlüyünü qorumaq üçün (ABŞ-la-red) dialoqa olduğu kimi, həm də qarşıdurmaya hazırlıq ehtiyacını vurğuladı”, – STAK Şimali Koreya liderindən sitat gətirib.

Mayda ABŞ prezidenti Co Bayden bildirib ki, əgər Kim Çen In nüvəsizləşməyə razılaşsa, Şimali Koreya lideri ilə görüşməyə hazırdır. Ağ Evin mətbuat katibi Cen Psaki isə deyib ki, ABŞ Koreya Xalq Demokratik Respublikası barəsində siyasətinə yenidən baxmasını qurtarıb. Onun sözlərinə görə, yeni siyasət ABŞ-ın əvvəlki iki prezidentinin kursundan fərqlənir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)