Aqrar

Azərbaycanda barama tədarükü 428 tonu keçib

Bu günə qədər Azərbaycandakı tədarük məntəqələrinə 428 tondan artıq yaş barama təhvil verilib.

Bu barədə ENA.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, ən çox yaş barama tədarükü Zərdab (67.163 ton), Ağcabədi (44.891 ton), Balakən (41.301 ton), Zaqatala (34.844 ton), Şəki (23.468 ton), Bərdə (22.358 ton) və Füzuli (19.982 ton) rayonlarında qeydə alınıb.

Yaş barama istehsalına dövlət subsidiya verir. Kümçülər məhsulun kiloqramını 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14 700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.

Yaş baramanın tədarükü və məntəqələrə təhvil verilməsi davam edir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department