Rusiyanın "S7" aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayır
Rusiyanın "S7" aviaşirkəti Həştərxan-Bakı marşrutu üzrə uçuşlara iyunun 16-dan başlayacaq. Rusiya mətbuatı xəbər verir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri həyata keçiriləcək.
Həştərxandan yerli vaxtla 11:10-da çıxacaq təyyarə Bakıya 12:35-də çatacaq. Azərbaycanın paytaxtından yola çıxma yerli vaxtla 08:10-da Həştərxana çatma vaxtı 09:40-da planlaşdırılır. Səyahət müddəti 1,5 saat olacaq.
İyunun 3-dən AZAL artıq Bakı-Həştərxan marşrutu üzrə uçuşlar həyata keçirir. Təyyarənin Həştərxana çatma vaxtı 19: 30-da, əks istiqamətə yola düşmə 22:00-dır.
S7, Rusiyanın ən böyük hava yollarından biridir. 2020-ci ildə 12,3 milyon sərnişin daşıyıb.