“Silk Vey”in 2 şirkəti ləğv edildi
“Silk Vey Holdinq” MMC-yə məxsus "Silk Vey East Aviaşirkəti" və "Silk Vey İnvestment" MMC-lər ləğv olunduqlarını elan edib.
ENA.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportuna bildirə bilərlər.
Xatırladaq ki, sözügedən şirkətlər müvafiq olaraq 2016-cı və 2007-ci ildən fəaliyyət göstərirlər. Onların hər ikisinə holdinqin direktoru Zaur Axundov rəhbərlik edir.