Azərbaycanda enerji içkisi adı ilə satılan içkilərin bir qismi adi sərinləşdirici sulardır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif marka enerji içkilərinin monitorinqi edilib. Müəyyən edilib ki, əksər enerji içkilərinin tərkibindəki kofenin və digər maddələrin miqdarı onun enerji içkisi olmadığını deməyə əsas verir.
Bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov deyib.
“İstehlakçıların diqqətinə çatdırmaq istəyirəm ki, tərkibindəki kofenin miqdarı 15-dən aşağı olduğuna görə, o, enerji içkisi sayılmır. O, adicə sərinləşdirici içkidir. Onu istehlak etmək olar, ancaq o, enerji içkisi kimi istifadə edilməməlidir. Onun stimullaşdırma effekti olmayacaq”, - o bildirib.