Sosial iqtisadiyyat

Təhsil nazirinə yeni müşavir təyin edilib

Təhsil naziri Emin Əmrullayevə yeni müşavir təyin edilib.

Nazirin əmri ilə Ülkər Səttarova nazir müşaviri təyin olunub.

O, 2008-ci ildə Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnformasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə “Texnika üzrə Fəlsəfə doktoru” elmi dərəcəsinə və 2016-cı ildə “Kompüter elmləri ixtisası üzrə dosent” elmi adına layiq görülüb. AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticə olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika Elmləri Doktoru Elmi dərəcəsi alıb.

Ülkər Səttarova 2004-2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. 100-dən çox elmi əsərin, üç monoqrafiya və iki ixtiranın (patent), eyni zamanda, üç metodik vəsaitin və bir dərsliyin müəllifidir.

Yeddi məqaləsi impakt faktorlu jurnallarda dərc edilib. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)