Qarabağ

Zəngəzur dağlarının əsas yüksəklikləri Azərbaycanın nəzarətinə KEÇİB

“Kiçik Qafqazın şərq hissəsində, Zəngəzur dağ silsiləsindəki əsas yüksəkliklər Azərbaycanın nəzarətinə keçib”.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə tədqiqatçı-jurnalist Narine Kirakosyan söyləyib. Onun sözlərinə görə, Qara göllə yanaşı, Azərbaycan Ordusu Sisian və Gorus rayonlarında önəmli yüksəklikləri, örüş sahələrini və su mənbələrini nəzarətə götürüb.

“Azərbaycan Ordusu tədricən Zəngəzurun içərilərinə doğru irəliləyir. Onların sayı 1000-i keçib. Azərbaycanlılar Zəngəzur dağlarının əsas yüksəklikləri ilə yanaşı, Kür və Araz çaylarının əraziyə axan qollarına da nəzarət edir. Onlar Qafan aeroportunun 20, Sisian aerodromunun isə 3 kilometrliyində mövqe qurub”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)