Vakansiyalar

MSDIS Holding işçi axtarır - VAKANSİYA

MSDIS Holding

Vakansiyanın adı: PVC, dolğu və üzlük üzrə Operator/ Operator köməkçisi (Kabel sexi)

Vəzifə öhdəlikləri:

- Kabel istehsalı zamanı işlədilən avadanlıqların işləmə prinsipinə, vaxtında işə düşməsinə və dayandırılmasına nəzarət etmək;
- Avadanlığın tam gücü ilə işlədiyinə əmin olmaq;
- Avadanlıq işə düşmədən kabel istehsalı prosesinin həyata keçirilməsi üçün xammalın hazır olmasından əmin olmaq;
- İstehsaldan sonra bütün boru xətlərinin və avadanlıqların təmizlənməsini təmin etmək;
- Şirkət siyasətinə, təlimatlarına və təhlükəsizlik qaydalarına müvafiq olaraq əməl etmək;
- Müvafiq qeydlərin aparılması və saxlanılmasını təmin etmək.
- PVC, dolğu və üzlük istehsal etmək üçün istifadə edilən qatqılardan anlayışı olmaq;

Tələblər:

- Kabel istehsalı üzrə 1 ildən artıq iş təcrübəsi;
- Zavodda işləmə təcrübəsi olan;
- Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Stressə dözümlülük, dürüstlük, komandada işləmə bacarığı.

İş şəraiti:

- Təcrübə: 1-3 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 550-800 AZN
- İş yeri: Binəqədi ray.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Operator/ Operator köməkçisi (Kabel)" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department