Vakansiyalar

"Bank Avrasiya" işçi axtarır - VAKANSİYA

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya biznes üzrə təhsil
Ən azı 3 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi
Xarici dil bilikləri
MS Office proqramlarının bilikləri
Strateji düşünmə və analitik təhlil bacarığı
Satış qabilliyətinə malik olma
Yaradıcılıq bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Bankın müsbət imicinin formalaşması və onun daim yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
    • reklam və təşviqat üzrə siyasətini, ona əlavə və dəyişikliklərin layihələri hazırlamaq;
    • marketinq və sosial layihələrini təşkil etmək;
    • Bankın fəaliyyət göstərdiyi makro və mikro mühiti daim təhlil etmək və hesabat hazırlanmaq;
    • SWOT təhlilini aparmaq;
    • strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarını hazırlanmaq;
    • strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirmək;
    • beynəlxalq əlaqələrini qurmaq və idarə etmək;
    • Bankın İnternet səhifələrində məlumatların yeniləşməsini təşkil etmək;
    • davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil etmək, onların səmərəliliyinin artırılması üçün tədbirlər görmək;
    • bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirmək;
    • illik hesabatının hazırlanmasını təşkil etmək;
    • departamentin işini planlaşdırmaq və təşkil etmək.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub cv@bankavrasiya.az  ünvanına göndərəsiniz və ya ONLAYN CV doldurasınız. CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department