İqtisadiyyat naziri İslam İnkişaf Bankı Qrupunun Prezidenti ilə görüşüb
İqtisadiyyat Naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Prezidenti Bəndər Həccar ilə görüşüb.
"ENA" xəbər verir ki, bunu nazir "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.
"B.Həccar və həmkarları ilə görüşümüzdə tərəfdaşlığın, özəl sektora dəstəyin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.