İsveç 7 ildən bəri ilk dəfə faiz artırdı

İsveç Mərkəzi Bankı (Riksbank) tərəfindən Cümə günü verilən məlumata görə, bank faiz artırıb.
"BI" xəbər verir ki, Riksbank, repo faizini gözlənilməz bir şəkildə 25 bənd artıraraq minus 0.25 faiz səviyyəsinə qaldırıb. Bank, 2011-ci ilin İyul ayından bu yana ilk dəfə faiz artırıb.
Bloomberg-in sorğusuna qatılan 24 iqtisadçının yalnız 10-u faizin artırılacağını gözləyirdi. 10 iqtisadçı da faizin mənfi 0.50 faiz səviyyəsində saxlanılacağını gözləyirdi.
Stokholmda Cümə günü verilən açıqlamada, inflyasiyanın Riksbankın 2%-lik hədəfi ətrafında sabitləşməsinin ekspansionist siyasətə ehtiyacı bir miqdar azaltdığı qeyd olunub.