Sosial iqtisadiyyat

Metro və avtobuslar şənbə və bazar günləri işləməyəcək - RƏSMİ

Həftəsonları ictimai nəqliyyat üçün nəzərdə tutulan məhdudiyyət yenə də qüvvədə olacaq.

Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, şənbə və bazar günü üçün avtobuslar işləməyəcək: “Mayın 31-dən sonra açılacaq metro da həftəsonları fəaliyyət göstərməyəcək. Yəni, həm avtobus, həm də metro həftənin I və V günləri işləyəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)