Sığorta

Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkətləri - SİYAHI

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkəti Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") olub.

"ENA" xəbər verir ki, 2021-ci ildə bu şirkətə qarşı 167 məhkəmə iddiası qaldırılıb.

Bu, digər sığorta şirkətlərinə qarşı qaldırılan bütün məhkəmə iddialarının sayından təxminən 70% çoxdur. "Azərsığorta"nın fəaliyyətinin demək olar ki, bütün şəhər və rayonları əhatə etdiyini nəzərə alsaq, onun siyahıya liderlik etməsi təbii sayıla bilər.

Məhkəmə iddialarının sayına görə, 2-ci yerdə "Azsığorta" ASC, 3-cü yerdə isə "Atəşgah Sığorta" ASC qərarlaşıb.

Ən az məhkəməyə verilən sığorta şirkətləri isə "Bakı Sığorta", "İpək Yolu Sığorta" və "Xalq Sığorta" ASC-lər olub. Onların hərəsi cəmi 1 məhkəmə iddiası ilə üzləşib.

6 sığorta şirkəti isə ümumiyyətlə məhkəməyə verilməyib. Bunlar bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC, eləcə də "Azərbaycan Sənaye Sığorta", "Meqa Həyat Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta" və "PAŞA Sığorta" ASC-lərdir.

Azərbaycanda sığorta şirkətləri əsasən ödənişi gecikdirmələri və yaxud ümumiyyətlə verməmələri iddiaları ilə məhkəməyə verilir.

Sığorta şirkətləri

Builki məhkəmə iddialarının sayı

1

Azərsığorta

167

2

Azsığorta

19

3

Atəşgah Sığorta

18

4

AtaSığorta

17

5

PAŞA Sığorta

12

6

Xalq Sığorta

8

7

Günay Sığorta

7

8

Qala Həyat Sığorta

5

9

Qala Sığorta

5

10

A-Qrup Sığorta

2

11

Atəşgah Həyat Sığorta

2

12

Bakı Sığorta

1

13

İpək Yolu Sığorta

1

14

Xalq Həyat Sığorta

1

15

Aqrar Sığorta

0

16

Azərbaycan Sənaye Sığorta

0

17

Meqa Həyat Sığorta

0

18

Meqa Sığorta

0

19

Naxçıvan Sığorta

0

20

PAŞA Həyat Sığorta

0

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department