Avtomobil

“Tesla” ən sürətli elektromobilin istehsalına başlayacaq

“Tesla” avtomobil şirkəti dünyanın ən sürətli elektromobilinin istehsalına başlayacaq.

Bu barədə “Tesla”nın rəhbəri İlon Mask öz “Twitter” səhifəsində elan edib.

O bildirib ki, “Tesla Model S Plaid” modelinin seriyalı istehsalı iyunun 3-də Kaliforniya ştatında start götürəcək.

E.Maskın sözlərinə görə, həmin model saatda 100 kilometr sürəti 2 saniyəyə yığacaq.

“Tesla Model S Plaid” “Tesla”nın S modelinin yenilənmiş versiyası olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)