Qeyri-Bank

Azərbaycanın mikromaliyyə sektoruna yeni səhmdarlar gəlib

"M Bulak" MMC bank olımayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi - Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkəti payını 2 fiziki şəxsə satıb.

"ENA" xəbər verir ki, bunlar 4,07% payla Babırjan Tolbayev və 95,93% payla Aleksey Kokarevdir.

Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)