Vergi və digər büdcə daxilolmalarının online ödəniş xidməti təkmilləşdirilib
Hökumət Ödəniş Portalı (https://www.gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.
“ENA” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Bildirilir ki, DVX-nin təqdim etdiyi bu elektron xidmət vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Elektron xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.