Rusiya ilə Fransadan QARABAĞ MÜZAKİRƏLƏRİ
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Fransanın Rusiyadakı səfiri Pyer Levi ilə görüşüb.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
“Söhbər zamanı Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan situasiya, tərəflər üçün maraq kəsb edən digər məsələlər müzakirə olunub”- deyə Rusiya XİN-i açıqlama verib.