Qarabağ

Lavrov: "Biz yardım göstərmişik, razılaşma əldə olunub"

“Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Biz yardım göstərmişik, razılaşma əldə olunub”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Bu qədər sakit şəkildə həll edilən bir məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”, - o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)