Hadisə

Kamran Əliyev sərhəddə şəhid olanların istintaqı haqda göstəriş verdi

Baş prokuror Kamran Əliyev Yardım rayonunda sərhgəddə silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı tapşırıq verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbər Günay Səlimzadə bildirib ki, DSX əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)