“Akkord" və törəməsinin səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 30-də, saat 14:00-da “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və onun törəməsi "Akkord An" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncaqlar səhmdar cəmiyyətlərinin müvafiq olaraq yerləşdikləri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1937-ci məhəllə və Məmməd Araz küçəsi, 95 ünvanlarında olacaq.
Yığıncaqların gündəliyinə hər iki şirkətin illik hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.