Sosial iqtisadiyyat

Dövlət rüsumunu ödəməkdən kimlər azad edilir? - SIYAHI

Dövlət rüsumu haqqında" Qanuna əsasən, dövlət rüsumu dövlət orqanlarının göstərdiyi xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən vəsaitdir.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövlət rüsumu milli valyutada ödənilir və ödəmədən sonra ödənişi təsdiq edən sənəd təqdim olunur. Qanuna görə, aşağıdakı hallarda dövlət rüsumu ödənilməsindən azad edilir:

- əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar. Daha dəqiq desək, işçinin əməyi düzgün ödənilmirsə, yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır;

- boşanma işləri, yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda bu iddialara görə rüsum tutulmur;

- şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir;

- müəlliflik hüququ ilə bağlı mübahisələrdə iddiaçı rüsum ödəməkdən azaddır;

- istehlakçı hüququ pozulduqda məhkəməyə müraciət edən istehlakçı rüsum ödəməkdən azaddır;

- cinayət, aliment işləri ilə əlaqədar sənədlər verilməsinə görə rüsum tutulmur;

- inzibati hüquq münasibətlərindən yaranan işlərdə də rüsum tutulmur;

- öz hüquqlarının müdafiəsi ilə əlaqədar yetkinlik yaşına - 18 yaşa çatmayanlar rüsum ödəməkdən azaddır;

- məhkəmə qərarlarından şikayətlərdə, qiyabi icraat üzrə qərarlara yenidən baxılması üzrə verilən ərizələrdə;

- məhkəmədə verilən iddialarla bağlı şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddır;

- məhkəmə aktlarını verməyə görə rüsum tələb edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)