Avtomobil

Satışa çıxarılan on avtomobildən doqquzu elektrikli olacaq

Fransanın “Renault” avtomobil şirkəti alternativ enerji mənbələrinə keçid sənayesində lider olmaq niyyətindədir.

ENA.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, 2030-cu ilədək satışa çıxarılan on avtomobildən doqquzu elektrikli olacaq.

Beləliklə, 2025-ci ildə “C” və “D” seqmentlərində daha yeddi elektrikli avtomobil modeli buraxılacaq, onlar sırasında yeni nəsil “Askana E-Tech Hybrid” və “Megane E-Tech Electric” da olacaq.

Bu gün “Renault” markası “E-Tech” texnologiyasına sahib olan altı hibrid avtomobil modelini buraxır. 11 mart tarixidə bütün “Renault” mərkəzlərində yeni “Duster” avtomobilinin satışına başlanılıb. Müştərilər dörd model arasında seçim edə biləcək – “Access”, “Life”, “Drive” və “Style”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)