Sosial iqtisadiyyat

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

Böyük Britaniya Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) “ağıllı şəhər” (smart city) konsepsiyasının təhlükəli cəhətlərini sadalayan tövsiyələri təqdim edib.

“ENA” qurumun saytına istinadən xəbər verir ki, dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönələn bu cür texnologiyalar digər tərəfdən rəqib dövlətlərin infrastrukturu zədələməsi, məxfi məlumatları ələ keçirməsi ehtimalını artırır.

Belə ki, “ağıllı şəhər”lər üçün texnologiya və avadanlıq tədarük edən əcnəbi tərəfdaşlar öz hökumət və xüsusi xidmət qurumlarının əlində məxfi məlumat əldə etmək alətinə çevrilə bilər. Bununla bağlı FT xəbər verir ki, ölkənin cənub-qərbindəki Bornmut Şəhər Şurasının “ağıllı şəhər” texnologiyalarını Çinin “Alibaba” şirkətindən tədarükünə dair saziş son anda əngəllənib. Sənəddə təhlükə mənbəyi hesab edilən ölkə və ya şirkətlər açıq qeyd olunmasa da, bu cür texnologiyaları həm ölkə daxilində tətbiq edənin, həm də ixrac edənin Çin olduğu bəllidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)