Qarabağ

Bakı ilə Yerevan Qazaxın kəndləri və Qırmızı Bazar yolu ilə bağlı DANIŞIQLAR APARIR

Azərbaycanla Ermənistan arasında aparılan danışıqların yeni detalı üzə çıxıb.

ENA.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Qazaxın işğal altındakı 7 kəndi, həmçinin, sülhməramlıların nəzarət zonasında qalan Qırmızı qəsəbə-Şuşa yolu ilə bağlı Azərbaycan Moskva və Yerevanla danışıqlar aparır.
Danışıqlarda kəndlərin və yolun Azərbaycanın nəzarətinə qaytarılması müzakirə olunur.

“Kommersant” Azərbaycanda saxlanılan əsir və diversantların sayı ilə bağlı da fikir ayrılıqlarının olduğunu yazır.


“Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə Bakıda 200 nəfərin, o cümlədən kimliyi təsdiqlənmiş 72 erməninin olduğunu bildirir. Qalan şəxslər barədə informasiya toplanır”.

Bununla belə, “Kommersant” qəzetinə Azərbaycandan açıqlama verən adı açıqlanmayan mənbə Bakıda 59 erməni milliyətindən olan diversantın saxlanıldığını söyləyib.

“Atəşkəs və Ermənistanın kapitulasiya aktını imzalaması baş verdi. Ancaq bundan sonra həmin saxlanılan şəxslər Azərbaycana daxil oldu. Onlar diversant və terrorçudur və onları mühakimə edəcəyik”- deyə mənbə açıqlama verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)