Avtomobil

Azərbaycanda 100-lə başlayan nömrələr verilir - Yol polisi aydınlıq gətirdi

Sosial şəbəkələrdə 100 kodu ilə başlayan avtomobil qeydiyyat nişanlarının verilməsi barədə fotoşəkillər və məlumatlar paylaşılıb. Bildirilir ki, artıq yol polisi tərəfindən nəqliyyat vasitələrinə 10, 90 və 99-la yanaşı 100 kodu ilə də qeydiyyat nişanları verilir. 

Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 100 kodu ilə əvvəllər də qeydiyyat nişanları verilib. Lakin bu kodla başlayan qeydiyyat nişanları yalnız diplomatik korpuslara məxsus nəqliyyat vasitələrinə verilir. Qeydiyyat nişanında əks olunmuş "FK" hərfləri isə "fəxri konsul" mənasını daşıyır. Vətəndaşlar  hələlik bu qeydiyyat nişanlarını adi avtomobillər üçün əldə edə bilməzlər. (Avtosfer.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)