ENA+

Lavrovun Ermənistanda “arzuolunmaz şəxs” elan olunması təklif edilib

Ermənistanda Rusiya xarici işlər naziri Sergey Lavrovun “arzuolunmaz şəxs” elan olunması təklif edilib.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təklifi radikal “Sasna Tserer” partiyası təklif edib.

Onlar Lavrovun yaxın günlərdə Yerevana edəcəyi səfərə qarşı çıxıblar. Partiya üzvləri Rusiyanın Ermənistanı müstəmləkə durumuna saldığını iddia edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)