Neft Fondu valyuta satışını 40%-dək azaldıb
Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 mlrd 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“ENA” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,8% azdır.
Təkcə aprel ayında isə ARDNF-in valyuta satışının məbləği 509,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 4% azdır.