Vakansiyalar

"PAŞA Həyat" işçi axtarır - VAKANSİYA

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Sığorta hadisələri şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  25 dekabr 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Hadisələrin tənzimlənməsi zamanı tibbi rəylər vermək;
2. Sığortalı, sığorta olunan və faydalanan şəxslərin əyani müayinəsini keçirilməsini təmin etmək;
3. Tibbi sənədləri oxumaq və tibbi təhlil aparmaq;
4. Hadisələrin tənzimlənməsində iştirak etmək;
5. Birbaşa rəhbərin göstərişi ilə digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Tibb sahəsi üzrə bakalavr və rezidentura təhsili  tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir, rus dili biliyi üstünlükdür;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər: Terapevt, travmatoloq,  reanimatoloq ixtisaslarına üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, bütövlük, problem həlletmə, məlumat əldəetmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : cv-lər “Sığorta hadisələri” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department