ENA+

Zərif mətbuata sızan söhbətinə izahat vermək üçün parlamentə çağrılıb

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan söhbətinə izahat vermək üçün parlamentə çağrılıb.

“ENA” “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Əbülfəzl Amuli bildirib.

Onun sözlərinə görə, audiofaylın yayılması şəraitinə nazirin aydınlıq gətirməsi üçün komitənin növbəti iclasına gəlməsi təklif edilib.

Bildirilib ki, M.Zərif ölkəsinin nüvə proqramı üzrə Rusiya ilə danışıqlardan bəhs edib. O deyib ki, Rusiya ilə danışıqlarda general Qasım Süleymani əsas rol oynayıb.

Bir müddət sonra nazir vurğulayıb ki, bu danışığın dərci ölkə daxilində münaqişəyə səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)