Sosial iqtisadiyyat

Bakının qəsəbələrinə 9 metrlik avtobuslar işləyəcək

"İndiyə qədər Bakıda sərnişin daşıyıcıları 51% optimallaşdırılıb".

"ENA" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

"Təkcə ötən il 21% daşıyıcı optimallaşdırılıb. Məqsədimiz Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa salmaqdır. Bakı şəhəri kimi meqapolislərin sayı 5-10 arasında dəyişir. Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir. Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib", - o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)