Sağlamlıq

Dünyada koronavirusa yoluxma halları sürətlə artır

Koronavirusun müxtəlif ölkələrdə sürətlə yayılması davam edir.

“ENA” xəbər verir ki, ən çox yoluxmanın aşkarlandığı ABŞ-da indiyədək 32 906 633 nəfər yoluxub, 586 907 nəfər ölüb, 25 545 405 pasiyent sağalıb.

Hazırda 6 812 645 nəfər müalicə olunur.

İkinci yerdə olan Hindistanda 17 646 879 yoluxma, 197 908 ölüm qeydə alınıb. COVID-19-a yoluxan 14 567 076 nəfər sağalıb. Hazırda 2 882 204 nəfər müalicə olunur.

Üçüncü yerdə Braziliyadır. Bu ölkədə 14 400 125 yoluxma, 393 483 ölüm qeydə alınıb. Virus aşkarlanan 12 948 933 pasiyent sağalıb, hazırda 1 099 201 nəfər müalicə olunur.

Ən çox yoluxmanın qeyd alındığı ölkələrin ilk onluğunda sonrakı yerlərdə Fransa, Rusiya, Türkiyə, Böyük Britaniya, İtaliya, İspaniya və Almaniya qərarlaşıb.

Əhalisinin sayına görə Türkiyədə yoluxmanın çox olması həyəcanvericidir. Aprelin 26-na olan məlumata görə, bu ölkədə 4 667 281 yoluxma, 38 711 ölüm, 4 121 671 sağalma qeydə alınıb, 506 899 nəfər isə müalicə olunur. Aprelin 26-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib. Toplantıda ölkənin tam qapanması ilə bağlı qərar qəbul olunub. Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Türkiyədə ilk dəfədir tam qapanma tətbiq edilir. Bu məhdudiyyət aprelin 29-u saat 19.00-dan mayın 17-si saat 05.00-dək davam edəcək. Məhdudlaşdırma zamanı əsas qida, dərman və təmizləyici məhsulların satıldığı yerlər ilə istehsal, tədarük, təchizat və lojistik zəncirlərdən başqa bütün iş yerləri bağlanacaq.

Aprelin 22-dən sonra Hindistanda sutkalıq yoluxma halları ciddi narahatlıq yaradıb. ABŞ, Avropa İttifaqı, Türkiyə və başqa ölkələr Hinstanda yardım etməyə hazır olduqlarını bildiriblər. Hindistanın baş naziri Narendra Modi vəziyyəti “koronavirus fırtınası” adlandırıb: “Koronavirusun yeni dalğası ölkəni qasırğa kimi vurub”.

Pandemiya başlayanda virusa ən az yoluxan ölkələrdən biri Yaponiya idi. Ancaq son zamanlar bu ölkədə də pandemik vəziyyət narahatedicidir. Aprelin 27-nə olan məlumata görə, Yaponiyada ümumilikdə 566 863 nəfər yoluxub, 9 972 nəfər ölüb, 504 153 nəfər sağalıb. hazırda 52 153 nəfər müalicə olunur. Mayın 6-dək Yaponiyanın paytaxtı Tokio və daha 6 prefekturada fövqəladə vəziyət rejimi tətbiq edilib.

Mütəxəssislər yoluxma hallarının gündən-günə artdığını bildirir, insanları ehtiyatlı olmağa çağırır, qorunma tədbilərinin vacibliyini bəyan edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)