Lari ABŞ dolları qarşısında məzənnəsi tarixi minimuma yaxınlaşır
Bu gün Gürcüstan Milli Bankı ABŞ dollarının məzənnəsini 3,4534 lariyə bərabər müəyyən edib ki, bu da ötən il martın 27-dən bəri ən yüksək həddir.
ENA.az xəbər verir ki, həmin tarixdə qonşu ölkədə Amerika valyutasının məzənnəsi 3,4842 lariyə bərabər olub.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib ki, larinin dəyərdən düşməsi əsasən qonşu Türkiyənin milli valyutası - lirənin ucuzlaşması ilə bağlıdır: "Türkiyədə bir gündə lirə 15-16% ucuzlaşıb. Bu, Gürcüstana təsirsiz ötüşə bilməz. Milli Bank inflyasiyanın hədəf həddinə yaxın olması üçün qiymət sabitliyinə yönəlmiş fəal iş aparır”.
Xatırladaq ki, Gürcüstanın milli valyutası ötən ilin martından – koronavirus (COVID-19) pandemiyasının başlamasından sonra kəskin ucuzlaşmağa başlayıb. 2020-ci ildə Milli Bank valyuta bazarını sabitləşdirmək üçün 873,2 milyon ABŞ dolları, bu il isə 242,9 milyon ABŞ dolları satıb.