MALİYYƏ

“Telegram” tətbiq daxilində ödəniş qəbul etməyə başladı

“Telegram” tətbiq daxilində ödəniş qəbul etməyə başlayıb. Yeni funksiya aprel ayının ortalarında təqdim edilib və aprelin 26-da işə salınıb.

ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, “Telegram” yenilik barədə öz bloqunda məlumat verib.

Artıq messencer istifadəçiləri tətbiqetmədə quraşdırılmış səkkiz ödəmə sistemindən istifadə edərək ödənişləri qəbul edə biləcəklər. Bu funksiya həm söhbət otaqlarında, həm qruplarda, həm də kanallarda işləyir.

Ödəniş etmək üçün “Stripe” və “Sberbank online” daxil olmaqla istənilən tətbiqetmədən istifadə etmək mümkündür. İstifadəçi həmçinin kanalın müəllifinə dəstək olmaq üçün “çay pulu” funksiyasından istifadə edə bilər.

“Telegram” bu ödənişlərə görə komissiya götürmədiyini və istifadəçi məlumatlarını özündə saxlamadığını vurğulayıb: bütün məlumatlar birbaşa ödəmə operatoruna göndərilir. İstifadəçilər mağazanı təkbaşına və ya ödəmə botlarından istifadə edərək işə sala biləcək.

Messencerin yeni versiyasındakı ödəniş funksiyasından başqa təxirə salınmış səsli söhbət otaqları da yaradılıb. Bunun üçün səsli söhbət otağı düyməsini sıxmaq və dialoqa başlamaq istədiyiniz vaxtı müəyyən etmək kifayət edir. Vaxt sona çatandan sonra söhbət otağının bütün üzvlərinə bildiriş göndəriləcək. Qeyd edək ki, “Telegram”ın yeni versiyası həm də animasiya edilmiş stikerlər, gecə rejimi, söhbət otaqları üçün qovluqlar və digər imkanları dəstəkləyir.

“Telegram”ın funksiyalarının genişmiqyaslı yenilənməsi Pavel Durovun messencerin monetizasiyasını açıqladıqdan sonra başlayıb. 2021-ci ilin yazında şirkət öz istiqrazlarını buraxıb və təxminən 1 milyard dollar cəlb edib. Dünyada onlarla böyük investor “Telegram”a investisiya yatırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)