Qarabağ

Qarabağdakı ermənilərdən sülhməramlılara: "Bura sizin üçün Rusiya deyil..."

Aprelin 24-də Azərbaycanın Xocavənd rayonunda nasist kollaborasionisti Qaregin Njdenin abidəsinə üzərində #BuraSizinÜçünArmavirDeyil həştəqi yazılmış plakat asılıb. Eyni həştəq altında sosial şəbəkələrdə 9 May - Zəfər Günü münasibətilə rusiyalı sülhməramlıların təzyiqi ilə Qarabağ ermənilərinin bu abidəni sökməyə məcbur edildiyinə dair son xəbərlər müzakirə edilir.

Bu barədə “Qafqaz Bürosu”nun teleqram kanalı yazır.

“Üzərində həştəq yazılmış bu əski parçasını başqa bir əski parçasının abidəsinin yanında asmağın məqsədi Armavir şəhər dumasının kommunist deputatı Aleksey Vinoqradovun hərəkətinə bir işarədir. O, 2019-cu ildə Njdenin şərəfinə quraşdırılmış lövhəciyi qara rəngə boyamaqla nəticədə onun sökülməsinə nail olub. Beləliklə, rusiyalı sülhməramlılara işarə verilib: bura sizin üçün Rusiya deyil, faşizm üzərində Zəfər Paradını faşistlərlə tərəfdaşlıq etmiş şəxsin abidəsinin kölgəsində keçirəcəksiniz”, – teleqram kanalı qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)